Keşlə FK daha bir futbolçu ilə anlaşdı

2019-06-19 11:38:01

" Keşlə FK növbəti transfer həyata keçirdi.  "

Keşlə FK daha bir futbolçu ilə anlaşdı

Belə ki, klub rəhbərliyi ilə futbolçu Ziya Əzizov arasında əməkdaşlıq müqaviləsi imzalandı. Son klubu Hollandiyanın “NEC Nijmegen” olan azərbaycanlı futbolçu ilə müqavilə 1+1 şərti ilə bağlanmışdır. 

Xatırladaq ki, yarımmüdafəçi mövqeyində çıxış edən Ziya Əzizov U21 milli komandamızın da üzvüdür.