Keşlə FK-dan növbəti transfer

2019-07-11 08:24:00

" Keşlə FK növbəti transfer reallaşdırdı. "

Keşlə FK-dan növbəti transfer

Belə ki, klub rəhbərliyi ilə futbolçu Miyuşko Bojoviç arasında əməkdaşlıq müqaviləsi imzalandı. Monteneqro vətəndaşı olan futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 il təşkil edir.

1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun “Rudar”, Belçikanın “Sporting Charleroi” və “Waasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Gyirmot və “Ujpest” komandalarında çıxış etmişdir. Mərkəz müdafiəçisi mövqeyində oynayan M.Bojoviçin son klubu “Ujpest” olmuşdur.