Keşlə FK növbəti transferini reallaşdırdı
2019-08-08 08:32:36
" Keşlə FK növbəti transfer reallaşdırıb. "
Belə ki, klub rəhbərliyi ilə futbolçu Lorenzo Frutos arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Paraqvay vətəndaşı olan mərkəz hücumçusu ilə bağlanmış müqavilənin müddəti 1 il təşkil edir.
Qeyd edək ki, 1989-cı il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuelanın "Deportivo Lara" olmuşdur. Bununla yanaşı, o, Paraqvayın “Sol de América”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.