"Keşlə" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/99) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır.

Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/01 mövsümündə 7-ci, 2001/02 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/03 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/04 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur. Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı. Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:- ) və 2:1. İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı. Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı.

2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də,yekun cədvəlində 7-ci pillə ilə kifayətlənib.

14 – cü Milli cempionatımızda isə “İnter” medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəlində 4 – cü yerdən yuxarı qalxa bilməmişdir.Gənc komanda olmasına baxmayaraq, 2007-2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatdasa 2-ci yeri tutub.

2009-2010-cu il mövsümünü çempion kimi başa vurub. Növbəti mövsümdə "İnter" UEFA Çempionlar Liqasında mübarizə aparsa da, mərhələ adlaya bilmədi. Polşanın "Lex" klubu oyunsonrası onbirmetrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirərək növbəti raunda vəsiqə qazanıb. 2010-11 mövsümündə komandamız çempionatı 5-ci yerdə başa vurdu.

Növbəti çempionatda isə "İnter" daha uğurlu çıxış edərək, bürünc medallara sahib çıxıb. 3-cü yer tutan komandamız UEFA Avropa Liqasında mübarizə aparmaq imkanı qazanıb və ilk rəqibinə asanlığla qalib gəlib. Belə ki, Estoniyanın "Trans" klubuyla üz-üzə gələn komandamız hər iki görüşdə rəqibindən üstün olub(5:0, 2:0). Amma ikinci təsnifat mərhələsində "İnter" Yunanıstanın "Asteras" klubuna yenidən oyunsonrası onbirmetrlik cərimə zərbələrində yenilərək, qitəmiqyaslı turnirdəki çıxışını başa vurub. 

2013-2014-cü il mövsümündə “İnter Bakı” Avropa Liqasında Finlandiya təmsilçisi “Mariehamn” komandasıyla qarşılaşmışd. Komandamız ilk oyunda heç-heçə (1:0) oynasa da, səfərdə 2:0 qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdı. Avropa Liqasının 2-ci təsnifat mərhələsində “İnter Bakı” Norveçin “Tromse” komandasıyla üz-üzə gəlmişdi. Ev oyununda komandamız 1:0 hesabıyla qalib gəlsə də, səfərdə 2:0 hesabıyla məğlub olaraq Avropa Liqassında çıxışını dayandırmışdı.

2014-2015-ci il mövsümündə komandamız qitə yarışında Moldovanın “Tiraspol” komandasıyla qarşılaşmışdı. Bu dəfə də “İnter Bakı” ev (3:1) və səfər (3:2) oyunlarında qalib gəlməyi bacarmış və növbəti mərhələyə adlamışdı. Növbəti mərhələdə komandamız İsveçin “Elfsborq” komandasıyla üz-üzə gəlmişdi. İlk oyun səfərdə keçirilmişdi və bu qarşılaşma 1:0 hesabıyla komandamızın xeyrinə başa çatmışdı. Lakin ev oyununda komandamız əsas vaxtda 1:0 hesabıyla məğlub olmuşdu. Qalib əsas vaxta əlavə olunmuş penaltilər seriyasında müəyyənləşmişdi. 11 metrlik cərimə zərbələrində “Elfsborq” daha dəqiq oynayaraq, növbəti mərhələyə adlamışdı.

2015-2016-cı il mövsümü İnter Bakı klubunun tarixində ən yaxşı nəticələr kimi qeydə alınmışdı. Belə ki, məhz bu mövsümdə komandamız ilk dəfə olaraq Avropa Liqasında 3 mərhələyə adlamağı bacarmışdı. 1-ci təsnofat mərhələsində Albaniyanın “Laci” komandasını mübarizədən kənarlaşdıran “İnter Bakı” növbəti dueldə İslandiyanın “Hafnarfyordur” komandasıyla üz-üzə gəlmişdi. Bu qarşılaşmada da qalib gələn komandamız 3-cü təsnifat mərhələsində İspaniyanın məşhur klublarından biri olan “Atletik Bilbao” komandasının rəqibi olmuşdu. İlk oyun səfərdə keçirilmiş və oyun 2:0 hesabıyla “Atletik Bilbao”nun xeyrinə başa çatmışdı. Ev oyununda isə “İnter Bakı” İspaniya komandasıyla qolsuz bərabərliyə qalmağı bacarmışdı.

2017-2018-ci il mövsümündə “İnter Bakı” 1-ci təsnifat mərhələsində Serbiyanın “Mladost” komandasını mübarizədən kənarlaşdırmışdı. Səfərdə 3:0, ev oyununda isə 2:0 serbləri məğlub edən “İnter Bakı” 2-ci təsnifat mərhələsində Lüksemburqun “FolaEŞ” komandasıyla qarşılaşmışdı. “FolaEŞ” komandasını ev oyununda 1:0 hesabıyla məğlub edən komandamız səfər qarşılaşmasında 4:1 hesabıyla yenilərək Avropa Liqasında mübarizəni dayandırmışdı.

2017-ci ilin oktyabr ayında klub "Keşlə" adı ilə fəaliyyət göstərir.

Uğurları

Birlik Kuboku:

  • Qalib - 2011
  • 1/2 finalçı - 2009

Azərbaycan çempionatı:

  • Qızıl medal (2) - 2007/2008, 2009/2010
  • Gümüş medal (3) - 2008/2009, 2013/2014, 2014/2015
  • Bürünc medal (2) - 2011/2012, 2012/2013, 2016/2017

Azərbaycan Kuboku:

  • Finalçı (4) - 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011
  • Qalib-2017-2018

UEFA klub turnirlərində nəticələri

Turnir Oyunlar Q H M VQ BQ
UEFA Çempionlar Liqası 6 1 3 2 3 5
UEFA Avropa Liqası 21 8 7 5 28 19
UEFA İntertoto Kuboku 4 3 0 1 6 4
Cəmi 31 12 10 8 37 28
Mövsüm Turnir Mərhələ Klub Ev Qonaq Ümumi  
2004 UEFA İntertoto Kuboku 1R Flag of Austria.svg Breqens 2–1 3–0 5–1  
2R Flag of Finland.svg Tampere Yunayted 1–0 0–3 1–3  
2008–09 UEFA Çempionlar Liqası 1Q Flag of Macedonia.svg Rabotniçki 0–0 1–1 1–1(a)  
2Q Flag of Serbia.svg Partizan 1–1 0–2 1–3  
2009–10 UEFA Avropa Liqası 2Q Flag of Slovakia.png Spartak Trnava 1–2 1–3 1–5  
2010–11 UEFA Çempionlar Liqası 1Q Flag of Poland.svg Lex Poznan 0–1 1–0 1–1(8–9 p.)  
2012–13 UEFA Avropa Liqası 1Q Flag of Estonia.svg Narva Trans 5–0 2–0 7–0  
2Q Flag of Greece.svg Asteras Tripolis 1–1 1–1 2–2(2–4 p.)  
2013–14 UEFA Avropa Liqası 1Q Flag of Finland.svg Mariehamn 1–1 2–0 3–1  
2Q Flag of Norway.svg Tromse 1–0 0–2 1–2  
2014–15 UEFA Avropa Liqası 1Q Flag of Moldova.svg Tiraspol 3–1 3–2 6–3  
2Q Flag of Sweden.svg Elfsborq 0–1 1–0 1–1(3–4 p.)  
2015–16 UEFA Avropa Liqası 1Q Flag of Albania.svg Laçi 0–0 1–1 1–1(a)  
2Q Flag of Iceland.svg Hafnarfyordur 2–2(ə.v.) 2–1 4–3  
3Q Flag of Spain.svg Atletik Bilbao 0–0 0–2 0–2  
2017–18 UEFA Avropa Liqası 1Q Flag of Serbia.svg Mladost Luçani 2–0 3–0 5–0  
2Q Flag of Luxembourg.svg Fola Eş 1–0 1–4 2–4
 
SONUNCU OYUN

KEŞLƏ
2:3
QƏBƏLƏ

2021-10-24 00:00

SƏBAİL
1:2
KEŞLƏ

2021-10-16 15:00

KEŞLƏ
2:0
SABAH

2021-10-02 00:00

KEŞLƏ
1:1
QARABAĞ

2021-09-25 17:00