ASK Arena (keçmiş adı: Şəfa stadionu) Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Heydər Əliyev prospekti 96A ünvanında yerləşən stadionunun əsas meydançasında oturacaqların sayı 5300-ə bərabərdir. Meydança keyfiyyətli süni otörtüyü ilə döşənmişdir.
ASK Arena stadionu “FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012” zamanı çempionat oyunları üçün istifadə olunmuşdur.
ASK Arenada əlavə 3 süni otörtüklü meydança var. Klubun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər Futbol Məktəbinin komandaları həmin meydançalarda məşq edir və çempionat oyunlarını keçirirlər.
Stadion ərazisində hovuz, trenajor zalları və kafe fəaliyyət göstərir.